Yan 29, 2023 18:56 Asia/Baku
  • Əmir Abdullahian Qətərin XİN rəhbərini Tehranda qarşılayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar günü günorta Qətərli həmkarını rəsmi şəkildə qarşılayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bazar günü İranın paytaxtı Tehrana səfər edən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Ali Sani Hüseyn Əmir Abdullahian tərəfindən qarşılanıb.

İran və Qətərin xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Əmir Abdullahian və Ali Sani 2022-ci ildə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.

Son aylarda İran və Qətərin xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafı, eləcə də regional məsələlər kimi müxtəlif məsələləri müzakirə etmək üçün üç dəfə telefon danışıqları aparıblar.

Teqlər