General Qaani Suriyanın Laziqiyyə valisi ilə görüşüb
Fev 12, 2023 19:44 Asia/Baku
-
General Qaani Suriyanın Laziqiyyə valisi ilə görüşüb
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrində olub.
General pasdar İsmayıl Qaani bu görüş zamanı Laziqiyyə valisi və bu vilayətin digər əlaqədar rəsmiləri ilə görüşüb, məşvərət edibdir.
General Qaaninin sözügedən səfərdə məqsədi, İranın Suriyada zəlzələdən zərər çəkmiş bölgələrin sakinlərinə olan humanitar yardımlarına birbaşa şəkildə nəzarət etməkdir.
General Qaani həmçinin Hələb şəhərinə səfərdə zəlzələdən zərər çəkmiş suriyalıların yanında olub.