Fev 24, 2023 13:45 Asia/Baku
  • Beynəlxalq Qurani-Kərim yarışlarının qalibləri təqdim olunub

Fevralın 18-dən 22-dək Tehranda, islami ölkələrin dövlət başçılarının sammit salonunda 39-cu Beynəlxalq Qurani-Kərim yarışmasının yekun mərhələsi keçirilib.

Yarışmaya İrandan və otuz üç digər ölkədən əlli iki iştirakçı qatılıb. Yarışma Quranın tamamilə əzbərlənməsi, tərtil və təhqiq qiraətləri sahələri daxil olmaqla qadın və kişi bölmələrində keçirilib.

Yarışmanın bu mərhələsinin bağlanış mərasimində Quranın tamamilə əzbərlənməsi, tərtil və təhqiq qiraətləri  sahələrində və qadın və kişi bölmələrində qaliblər təqdim olunub və mükafatlandırılıblar.

Qaliblərin siyahısı aşağıdakı kimidir:

 

Qadınlar bölməsi

Tərtil qiraəti

Fəhimə Əsğərzadə- İran-1-ci yer

Leyla Əfarə- Livan- 2-ci yer

Amana Şirzad- Əfqanıstan- 3-cü yer

Quranın tamamilə əzbərlənməsi

Əminə İbrahim- Qana- 1-ci yer

Hacər Mehr-Əliyan- İran, 2-ci yer

Nəsrin Xalidi- Əlcəzair- 3-cü yer

Kişilər bölməsi

Tərtil qiraəti

Məhəmməd-Cavad Cavəri- İran- 1-ci yer

Məhəmmədyar- Qazaxıstan- 2-ci yer

İsmail Həmdan- Livan- 3-cü yer

Təhqiq qiraəti

 Əmir-Hüseyn Rəhməti- İran- 1-ci yer

Seyyid Əmir Haşimi- Əfqanıstan- 2-ci yer

Abdullah Fikri- İndoneziya- 3-cü yer

Quranın tamamilə əzbərlənməsi

Sina Təbbaxi- İran- 1-ci yer

Əbdüləlim Əbdürrəhim- Keniya- 2-ci yer

Şeyx Mahmud Həsən- Banqladeş- 3-cü yer

 

Qeyd etmək lazımdır ki, İran Vəqflər və Xeyirxah İşlər Təşkilatının Quran Məsələləri Mərkəzinin bildirdiyinə görə, hər bir sahə üzrə birinci yeri tutan şəxslər üçün yüz əlli milyon tümən, ikinci yerdə qərarlaşan şəxslər üçün yüz iyirmi milyon tümən, üçüncü yerdə duran şəxslər üçün isə doxsan milyon tümən təyin edilib. Ödənişlər riyal və milli valyuta formasında həyata keçirilir.

 

Teqlər