Fev 24, 2023 14:46 Asia/Baku
  • prezident
    prezident

Ölkə prezidenti Kani-Sib su bəndi suyunun Urmiyyə gölünə ötürülməsi sisteminin açılış mərasimində ölkə boyu ətraf mühirin qorunmasını dövlət və quruluşun məsələsi adlandırıb.

İran prezidenti deyib: Görüntü olaraq, təkcə Qərbi və Şərqi Azərbaycan vilayətlərinə aid olan layihənin açılışı əslində milli bir layihənin açılışı deməkdir və Urmiyyə gölünün bərpası, ölkənin ətraf mühitinə təsirlidir. Bu məsələ göstərir ki, İran İslam Respublikası nəinki Urmiyyə gölünə bu bölgə əhalisinin ən mühüm tələbi kimi önəm verib və verir, həm də bu məsələ ondan xəbər verir ki, vəhdət, ciddi-cəhd və işlərin təqib olunması nəticəsində milli və regional miqyaslarda ekologiyaya müsbət təsir göstərməklə yanaşı, milli birlikdən gözəl cilvələri də sərgiləyə bilərik.

Prezident öz çıxışının əvvəlində Şəbaniyyə bayramlarını, o sıradan Həzrət İmam Hüseyn ələyhissəlamın mövludunun ildönümü günü və Pasdar günü münasibətilə xüsusilə İslam İnqilabı Keşikçilərini təbrik edib.

Həzrət İmam Hüseyn ələyhissəlam şiə və sünnilər də daxil olmaqla təkcə müsəlmanlar üçün deyil, həm də bütün bəşəriyyət üçün misilsiz bir meyardır. Xristianlar, yəhudilər və hətta zərdüştilər daxil olmaqla bütün İbrahimi dinlərinin davamçıları o həzrətə hörmət bəsləyirlər- deyə, Seyid İbrahim Rəisi vurğulayıb.

Kani-Sib su bəndindən Urmiyyə gölünə suötürmə layihəsinin açılışını işlərin təqib olunması, ciddi-cəhd, çalışqanlıq və həmrəyliyin nəticəsi adlandıran Rəisi deyib: Əgər layihələndirmə, göstərişin verilməsi və büdcənin ayrılması işlərin iyirmi faizi deməkdirsə, işlərin məhsuldar olmasının səksən faizi onların intensiv şəkildə təqib edilməsindədir.

 

Teqlər