Mart 13, 2023 14:18 Asia/Baku
  • İran və Belarus
    İran və Belarus

İran İslam Respublikası ilə Belarus arasında müxtəlif ticarət, nəqliyyat, kənd təsərrüfatı və mədəniyyət sahələrində hərtərəfli əməkdaşlıq üçün yol xəritəsi və yeddi əməkdaşlıq sənədi imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi və Belarus Respublikası prezidenti Aleksandr Lukaşenko bazar ertəsi Tehranda iki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün yol xəritəsi imzalayıblar.

Həmçinin Rəisi və Lukaşenkonun iştirakı ilə İran və Belarusun yüksək səviyyəli rəsmiləri iki ölkə arasında müxtəlif ticarət, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və incəsənət, eləcə də məhkumların ekstradisiyası sahələrində əməkdaşlıq sənədləri və iki ölkə arasında əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə icra proqramı sənədi imzalayıblar.

Bu sənədlər İranın xarici işlər, sənaye, mədən və ticarət, kənd təsərrüfatı, yol və şəhərsalma və ədliyyə nazirləri ilə belaruslu həmkarları arasında imzalanıb.

Qeyd edək ki, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi səhər rəsmi təmaslar üçün Tehrana gələn Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu rəsmi şəkildə qarşılayıb.

Lukaşenko yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edərək bazar günü axşam Tehrana gəlib.

Mehrabad hava limanına çatan kimi onu İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatemi Əmin qarşılayıb.

Bu, Lukaşenkonun İrana üçüncü səfəridir. Onun əvvəlki səfəri 2006-cı ildə baş tutub. İki prezident 2022-ci ilin sentyabrında Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.

Lukaşenko Tehranda olarkən İranın Aliməqamlı Rəhbəri Ayətullahül-üzma Xamenei və bir sıra yüksək səviyyəli hökumət rəsmiləri və qanunvericilərlə də görüşəcək. Ticarət və iqtisadi əməkdaşlığın Lukaşenkonun danışıqlarının gündəmində olacağı gözlənilir.

 

Teqlər