Fələstinə dəstək, İslam Ümməti strukturunda dəyişilməz bir prinsipdir
İndoneziyalı həmkarı ilə telefon söhbətində ikitərəfli əlaqələrin gücləndirilməsinə təkid edən İran prezidenti son Fələstin hadisələrinə işarə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi İslam Əməkdaşlığı Təşkilatının fövqəladə iclasının keçirilməsi, məzlum Fələstin xalqını müdafiə və sionist rejimin cinayətlərilə mübarizə üçün birgə qərarların çıxarılmasını isətyib.
İran prezidenti İndoneziya prezidenti ilə telefon söhbətiində Fələstinln hazırkı durumunu şərh edib,/ Fələstini İslam dünyasının döyünən ürəyi adlandırıb.
Fələstin xalqının hüquqlarını himayə və sionist rejimlə mübarizə, İslam Ümmətinin strukturunda dəyişilməz bir prinsip və sionist rejimin təcavüzkarlıqları və cinayətləri ilə mübarizə istiqamətində İslam Dünyasının birliyi üçün daimi bir zərurətdir.
Rəisi söyləyib: Bizim qənaətimizə görə, İslam dünyası beynəlxalq tənliklərdə təsiredici bir blok kimi daha artıq inteqrasiyaya ehtiyac duyur. Bu əsasda islami ölkələr arasındakı əlaqələri dərinləşdirmək istiqamətində istənilən təşəbbüsü alqışlayırıq.
Yetmişillik Tehran-Cakarta diplomatik əlaqələrinə toxunan Rəisi iki ölkənin ticarət münasibətləri və iqtisadi əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıb. Ümid etdiyini bildirib ki, yeni ildə İran-İndoneziya həmkarlıqları iki xalqın rifahı və maraqları istiqamətində nəzərəçarpacaq sıçrayışa malik olacaq.
İndoneziya prezidenti Coko Vidodo da bu telefon danışığında yeni günəş ilinin başlanması və ramazan ayının gəlişi münasibətilə İran xalqını təbrik edib.
İndoneziya prezidenti iki xalqın yaxınlığı istiqamətində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və müştərək maraqların təmin edilməsinin vacibliyini vurğulayıb.
Vidodo həmçinin İran prezidentinin İslam Əməkdaşlığı Təşkilatının fövqəladə iclasının keçirilməsi təklifini rəğbətlə qarşılayıb. Ümidvarlıq edib ki, bu iclasın keçirilməsi islami ölkələr arasındakı əlaqələrin daha da gücləndirilməsinə zəmin yaradacaq