İllər sonra İran İR-nın ər-Riyaddakı səfirliyinin qapıları açıldı
İran-Ərəbistan əlaqələrinin kəsilməsindən sonra təqribən yeddi il müddətinə bağlanmış İranın Ərriyaddakı səfirliyinin qapıları açılıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Ərriyaddakı səfirlik kompleksinin qapıları iranlı heyətin təftişi zaman açıq olub və onun qarşısında ağrəngli bir avtomobil görünüb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki: İki ölkənin konsulluqları və siyasi nümayəndəliklərinin diplomatik fəaliyyətləri və rəsmi əlaqələrinin bərpası yönündə atılan yeni addımda və İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasındakı razılaşmanın icrası istiqamətində, İranın texniki heyəti dünən günortaçağı Ərriyada daxil olub və Səudiyyə Ərəbistanının məsul şəxsləri tərəfindən qarşılanıb.
Nasir Kənani əlavə edib: İran heyəti iki işçi qrup formasında Ərriyad və Ciddədə,/ səfirlik və baş konsulluğun işə salınması, eləcə də İslam Əməkdaşlığı Təşkilatı yanında İran İslam Respublikasının daimi nümayəndəliyinin fəaliyyəti istiqamətində lazımi addımlar atacaq.
Ölkəmizin nümayəndəliklərinin cari ilin həcc günlərindən öncə yenidən açılmaları və işə başlamalarına səy göstəriləcək- deyə, Kənani vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin bildirib ki, cari həftənin şənbə günü İrana daxil olmuş Səudiyyə Ərəbistanının texniki heyəti sabah Məşhəd şəhərinə yola düşəcək.