Apr 16, 2023 21:08 Asia/Baku
  • İran Danimarkada Qurani-Kərimin təhqir olunmasını kəskin şəkildə pisləyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü şənbə günü Danimarkada İslamın müqəddəs kitabı Qurana qarşı yeni təhqiramiz hərəkəti kəskin şəkildə pisləyib Danimarka hökumətini bu cür mənfur əməllərin təkrarlanmaması üçün qəti addımlar atmağa çağırıb.

İran Xarici İşlər Nazirinin sözçüsü Nasir Kənani deyib: “Bir ekstremist qrup tərəfindən müqəddəs Ramazan ayında - Quranın nazil olduğu ayda törədilən bu hörmətsizlik səmavi din olan İslama və bütün dünya müsəlmanlarına açıq-aşkar təhqirdir". 

Kənani qeyd edib ki, dünyanın bütün azad fikirli insanlarının Qüdsün cinayətkar və fitnəkar sionist rejimin pəncəsindən azad edilməsini tələb etdiyi Beynəlxalq Qüds Günündə belə bir təxribatcı və həyasız hərəkət Qərbdə ifadə azadlığı deyilən iddianı nümayiş etdirməyin ən axmaq yoludur".

İranlı diplomat həmçinin deyib: "Müsəlmanların müqəddəsliklərini sərbəst şəkildə təhqir etmək təkfirçi ekstremizm və zorakılığın digər tərəfidir və bu, eyni dərəcədə pislənilməli və beynəlxalq ictimaiyyət tərəfindən çəkindirici cavab almalıdır.

Kənani Danimarka hökumətini bu cür mənfur əməllərin təkrarlanmaması üçün qəti addımlar atmağa çağırıb.

Teqlər