İran və Hindistanın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri Tehranda görüşüb
https://azeri.sahartv.ir/news/İran-i399550-İran_və_hindistanın_yüksək_səviyyəli_təhlükəsizlik_rəsmiləri_tehranda_görüşüb
Bazar ertəsi İranın paytaxtına gələn Hindistanın milli təhlükəsizlik müşaviri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb və danışıqlar aparıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 01, 2023 15:25 Asia/Baku
  • İran və Hindistanın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri Tehranda görüşüb

Bazar ertəsi İranın paytaxtına gələn Hindistanın milli təhlükəsizlik müşaviri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb və danışıqlar aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, görüşdə İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi kontr-admiral Əli Şəmxani və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Kumar Doval ən mühüm regional və beynəlxalq hadisələri nəzərdən keçiriblər.

Doval həmçinin İranın bir sıra yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək.

Hindistan Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-in əsas üzv dövlətlərindən biri olduğundan, Tehran və Yeni Dehli arasında davamlı qarşılıqlı əlaqə İranın onlarla sıx iqtisadi əməkdaşlıq etmək kimi arzuladığı məqsədlərinə çatmaqda həlledici rol oynaya bilər.