İİR Ordusu DQ-nın esminesləri kruz-la təchiz ediliblər - VİDEO
https://azeri.sahartv.ir/news/İran-i399687-İİr_ordusu_dq_nın_esminesləri_kruz_la_təchiz_ediliblər_vİdeo
İİR ordusunun dəniz qoşunlarının destroyerləri «Əbu-Mehdi» raketi ilə təchiz edilib
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 06, 2023 16:09 Asia/Baku
  • İİR Ordusu DQ-nın esminesləri kruz-la təchiz ediliblər - VİDEO

İİR ordusunun dəniz qoşunlarının destroyerləri «Əbu-Mehdi» raketi ilə təchiz edilib

SəhərAzəri-nin məlumatına görə, İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı bu qoşunların destroyerlərinin «Əbu-Mehdi» tipli kruz raketlərilə təchiz olunmasından xəbər verib.

Sözügedən esmineslərin tezliklə təqdim ediləcəyini bildirən kontr-admiral Şəhram İrani deyib ki, «Əbu-Mehdi» kruz raketinin mənzili və dağıdıcı gücü diqqətəlayiqdir və daha uzaq mənzillər də gündəmdə durur.

Kontr-admiral İrani qeyd edibdir ki, bu raket, elektron müharibə mühitində də yüksək qabiliyyətə malikdir.

«Əbu-Mehdi» kruz raketi İran Müdafiə Nazirliyinin hava-kosmos sənayesinin hər bir hədəfi məhv edə bilən məhsullarındandır.

Sürətli reaksiya, meydanda hədəfin seçilməsinin idarə olunması, düşmənin zenit sistemlərindən yankeçmə və içərilərdən atış qabiliyyəti, «Əbu-Mehdi» dəniz kruz raketinin özəllikləri sayılır.