İslam İnqilabının başlanğıc nöqtəsi;
5 iyun İranda tarixi qiyamın ildönümüdür
Bu gün 15 xordad, 5 iyun 1963-cü milad ili İmam Xomeyninin (rə) tarixi qiyamının ildönümü gününə təsadüf edir.
SəhərAzəri-nin məlumatına əsasən, İranın müasir tarixində çox həssas və dönüş nöqtələri qeydə alınmışdır. Lakin 1342-ci günəş ili 15 xordad qiyamı xüsusi əhəmiyyət kəsb edir. 62 il öncə belə bir gündə və acı hadisədə İran İslam İnqilabının banisi İmam Xomeyni həzrətləri (rə) Qumun Feyziyyə mədrəsəsindəki ifşaçılıq xarakterli çıxışının ardınca Pəhləvi rejiminin amilləri tərəfindən həbs olunur. İmam Xomeyni Aşura günü Qumun Feyziyyə mədrəsəsində etdiyi çıxışında Pəhləvi rejiminin cinayətlərini və şahın sionist İsrail rejimi ilə əlaqələrini ifşa etmişdi. İmam Xomeyninin həbsinə reaksiyada insanlar ruhanilərin dəstəyi və imamla ayrılmaz bağlara əsasən müxtəlif şəhərlərdə, o cümlədən Tehran və Qumda şah rejiminə qarşı geniş etirazlar aksiyaları keçirdilər. Bu ictimai etiraz zamanı rejimin repressiv qüvvələri Qumun Feyziyyə mədrəsəsinə basqın edərək çoxlu sayda insanı şəhid etdi, yaraladı və həbs etdilər. Bu isə, müstəbid rejimin dağılmasına və islam müqaviməti və islami oyanışın başlanğıc nöqtəsi oldu.