İyun 19, 2023 13:47 Asia/Baku
  • Ərəbistan xarici işlər nazirinin Tehrana səfəri ibri medialarında

Bin Fərhanın Tehranda olması sionistlərin yuxusunu pozdu

SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanı xarici işlər nazirinin Tehrana səfərindən sonra ibridilli medialar bir analizdə son Tehran-Ərriyad inteqrasiyasını Təl-Əvivin anti-İran siyasətlərinin uğursuzluğu və Ərriyadla münasibətlərininin adiləşdirilməsindəki nakamlığının nişanəsi adlandırıblar.

İbridilli medialar Səudiyyə Ərəbistanı xarici işlər nazirinin İrana son səfərini əks etdirməklə Tehran-Ərriyad inteqrasiyasını Təl-Əvivin Ərriyadla diplomatik əlaqələrin bərqərarındakı uğursuzluğu istiqamətində atılan digər bir addım və bu rejimin Tehranı siyasi cəhətdən təcrid etmək sahəsindəki səyləri qarşısında bir sədd adlandırıblar.

Əl-Məyadin informasiya kanalının dünən axşam verdiyi məlumata əsasən, sionist medialar etiraf ediblər ki: Tehran-Ərriyad inteqrasiyası İsrailin mənafeyinə zərbə vurmaqdan əlavə, Təl-Əvivin Tehranı regional və beynəlxalq cəhətdən təcriddə qoymaq üzrə səylərini əks-nəticə ilə üzləşdirib və İsrailin Ərəbistanla münasibətləri normallaşdırmaq üzrə müzakirələrini də kölgədə qoyubdur.

Məlumatda sonra deyilir: Ərəbistanın Amerikadakı səfirliyinin dəfələrlə Ərriyadla Təl-Əviv arasında diplomatik münasibətlərin qurulmasını ərəb sülhü və Fələstin dövlətinin yaradılması ilə şərtləndirməsinə rəğmən, Ağ Ev hələ də ciddi surətdə Ərriyadla Təl-Əviv arasında əlaqələr qurmaq ardıncadır.

Bununla bağlı, sionist medialar amerikalı rəsmilərə istinadla ifşa ediblər ki, Baydenin Yaxın Şərq məsələləri üzrə baş müşaviri Brett Mak Qerk ötən həftə Ərriyada səfərdə sionist rejimlə münasibətləri normallaşdırması üçün Ərriyada təzyiq göstərmək məqsədilə səudiyyə rəsmiləri ilə müzakirə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehranla Ərriyad arasındakı münasibətlərin on ildən çox bir müddətdə gərgin olmasından sonra şənbə günü ilk dəfə olaraq, İrana səfər etdi və Tehranda öz iranlı həmkarı tərəfindən qarşılandı.

Tehranda iki ölkə arasındakı müzakirələr atmosferini müsbət adlandıran Səudiyyə Ərəbistanı xarici işlər naziri Ərəbistanın Tehrandakı səfirliyinin yenidən açılması üçün diplomatik danışıqların davam edəcəyindən xəbər verib.

Həmçinin o, İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə onunla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi barədə söhbət və məşvərət edibdir.

 

Teqlər