Kənani: "3 ada İranın bölünməz mülküdür"
İyul 11, 2023 08:43 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, " Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri və eləcə də Rusiyanın İranın üç adası ilə bağlı birgə bəyanatının məzmununu qətiyyətlə qəbul edilməzdir"
SəhərAzəri-nin məlumatına əsasən, O, açıqlamasında bildirib ki, " Bu adalar əbədi olaraq İrana məxsusdur və belə bir bəyanatların verilməsi İran və onun qonşuları arasında dostluq münasibətləri ilə ziddiyyət təşkil edir"Cənab Kənani sözünün davamında qeyd edib ki, İran mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinin davam etdirilməsinin əsas tələbçisidir, regionun inkişafı və sabitliyini isə, region ölkələrinin birgə məsuliyyətli vəzifəsi hesab edir.
Teqlər