Əmir Abdullahian Ermənistanın xarici işlər nazirini qarşılayıb
https://azeri.sahartv.ir/news/İran-i401997-Əmir_abdullahian_ermənistanın_xarici_işlər_nazirini_qarşılayıb
İranın xarici işlər naziri Tehranda Ermənistanın xarici işlər nazirini qarşılayıb.
(last modified 2026-02-16T11:18:11+00:00 )
İyul 24, 2023 12:01 Asia/Baku
  • Əmir Abdullahian Ermənistanın xarici işlər nazirini qarşılayıb

İranın xarici işlər naziri Tehranda Ermənistanın xarici işlər nazirini qarşılayıb.

İran və Ermənistan iki ölkə arasında çoxillik qarşılıqlı münasibətlərdə bir çox əlaqələrə malikdir. Bu müsbət gedişat regional gərginliyin yaratdığı bəzi problemlərin olmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərində təsirli olmuşdur.

Bu səbəbdən Ermənistan qonşu ölkələr arasında İranla iqtisadi və ticarət əlaqələrində yaxşı mövqeyə malikdir.

Məlumata görəTehrana səfər edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian ilə görüşmüş və müzakirələr aparmışdır.

Bu görüşdə Əmir Abdullahian və Mirzoyan ikitərəfli əlaqələr, əməkdaşlığın inkişafı və ən mühüm regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İkitərəfli danışıqdan sonra rəsmilərin mətbuat konfransı da keçirəcəkləri bildirilib