Kənani Dəməşq ətrafındakı terror partlayışını pisləyib
Suriyanın paytaxtı- Dəməşqin cənubunda yerləşən “Əssəyyidət-Zeynəb” bölgəsində bomba qoyulmuş bir motosikletin partlaması nəticəsində beş nəfər şəhid olub, yeddi nəfər də yaralanıbdır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sözügedən hadisədə ölən və yaralananlar arasında uşaq və qadınların da olduqlarını bildirib. O, Əba-Əbdillah-əl-Hüseyn ələyhissalamın əzadarlıq günlərində və Tasua günündə belə bir hadisənin törədilməsini kəskin tərzdə pisləyibdir.
İran diplomatiya aparatının sözçüsü Suriyanın hökuməti və xalqına, eləcə də hadisə qurbanlarının ailələrinə başsağlığı verib və belə qeyd edib: Suriyanın günahsız xalqının Amerika və bəzi Qərb ölkələrinin qəddarcasına sanksiyalarından əziyyət çəkdiyi bir şəraitdə, dünya ictimaiyyətinin kədərləndirici sükutu sayəsində sionist rejimlə Amerikanın dəstək verdikləri terror qrupları da bu kimi faciəli cinayətlər törədirlər.
Kənani əlavə edib: Suriyanın hökuməti və xalqının terrorizmə qarşı neçəillik mübarizələrinə əsasən,/ dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların/ son terror partlayışları, eləcə də sionist rejimin təcavüzkar hücumları da daxil olmaqla Suriya əleyhinə hər hansı təcavüzü pisləməkdən əlavə, bu ölkəyə qarşı birtərəfli və amansız amerikan və Qərb sanksiyalarının dərhal götürülməsi və həmin ölkəyə humanitar yardımların göndərilməsi istiqamətində təcili və təsirli tədbirlər görmələri/ yerinə düşərdi.