Avq 17, 2023 19:34 Asia/Baku
  • İran və Səudiyyə Ərəbistanı iki ölkə münasibətlərində yeni səhifə açmağa çalışır

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Tehran və Ər-Riyad münasibətlərində yeni bir fəslin başladığını və iki ölkə arasında imzalanmış razılaşmaların həyata keçirilməsini vurğulayıblar.

SəhərAzəri-nin məlumatına görə, Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında baş tutmuş görüşdən sonra İran və Səudiyyə Ərəbistanının dünyada və Qərbi Asiya regionunda iki mühüm ölkə olduğunu bildirmiş və ölkələr arasında əlaqələrin doğru istiqamətdə inkişaf etdiyini demiş, Tehran və Ər-Riyadın birgə fəaliyyətində tərəflər arasında iqtisadi, ticarət və təhlükəsizlik sahələrində mövcud razılaşmaların olduğunu bildirmişlər.

Əmir Abdullahian İranın qonşuluq siyasətinə və Tehranın İraq, Küveyt, Qətər və BƏƏ ilə əlaqələrinin genişləndirilməsinə də münasibət bildirərək deyib kii, " Regional təhlükəsizlik və inkişaf perespektivliyi bu regionun ayrılmaz bir hissəsidir"

İranın xarici işlər naziri Fələstin məsələsi ilə yaxından məşğul olmağı İslam dünyasının əsas prioriteti hesab edərək, İƏT-in beynəlxalq sistemdə mühüm aktor olduğunu vurğulamış və sionizmin bölgəni parçalamaq və işğal etməkdə davam edəcəyinə şübhənin olmamasını nəzərə çatdırmışdır.

Əmir Abdullahian həmçinin bildirib ki, İran və Səudiyyə Ərəbistanı digər İslam ölkələri ilə birlikdə "Qurani-Kərim"-in təhqir olunması ilə bağlı təəssüf doğuran məsələdə ortaq mövqeyə malikdir.

Bu mətbuat konfransında Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan da ikitərəfli münasibətlərin müxtəlif ölçülərdə inkişafı və regionun təhlükəsizliyi üçün atılmış addımlara uyğun olaraq Əmir Abdullahian ilə görüşü xatırladaraq məmnunluğunu ifadə edərək ər-Riyadın iki ölkə arasında razılaşmanın qurulmasında ciddi qərarlı olduğu vurğulamışdır"

Səudiyyə Ərəbistanının xarici işlər naziri təhlükəsizlik və iqtisadi sahədə əldə edilmiş öncəki razılaşmaların davam etdirildiyini vurğulayaraq, Səudiyyə Ərəbistanının kralı Kral Salmanın İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisiyə rəsmi dəvətinə də işarə edərək bildirib ki, " Səudiyyə Ərəbistanı iki ölkə arasındakı əlaqələrin gücləndirilməsində son dərəcə qərarlıdır"

Teqlər