Avq 18, 2023 18:38 Asia/Baku
  • Düşmənlərin uğursuzluqlarının mühüm dəlili, Sepah və ordunun qüdrətli iştiraklarıdır

İran İslam Respublikasının prezidenti düşmənlərin uğursuzluqlarının mühüm dəlilini, Sepah və ordunun qüdrətli iştirakları, ümidli, möhkəm və cəsarətli bir xalq və müqavimətli və möhkəm rəhbərlik adlandırıb.

SəhərAzəri-nin məlumatına görə, Seyid İbrahim Rəisi bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun məsul şəxsləri və komandirlərinin baş assambleyasının iyirmi dördüncü iclasında Sepah-ın regionda iştirakını əcnəbi qüvvələrin nigaranedici və qorxunc iştiraklarının əksinə olaraq, region xalqları üçün ümidverici və əmin-amanlıqyaradan adlandırıb və belə söyləyib: Sepah-ın regionda iştirakı, Suriya, İraq və Əfqanıstandakı xalq qüvvələri arasında inteqrasiya və birlik yaratması, həmçinin amerikanların əldəqayırma İŞİD dəstəsi qarşısında müqaviməti, təkfirçi terrorizmin bütün Avropanı bürüməsinin qarşısını aldı.

İran İslam Respublikasının prezidenti bəzi Qərb ölkələrinin Sepah-la qarşılaşmadakı rəftarlarını məzəmmət edib və belə deyib: Əgər bu gün İran İslam Respublikası hörmət, qüdrət və mühüm yerə malikdirsə və düşmənlər İranı hədələmək fikrini başlarından çıxarıblarsa, bunlar ölkə üçün həm fədakar və cəsarətli insanların yetişdirilməsi, həm elm və texnologiya istehsalı, həm də raket və PUA istehsalı ilə təsirli çəkindiricilik qüdrətinin yaradılmasına görədir.

 

Teqlər