Raket sənayesində törədilmiş təxribata qarşı əməliyyat keçirilib
İran Müdafiə Nazirliyinin məlumat kəşfiyyat bürosundan verilən məlumata görə, ötən aylarda güclü şəbəkələşmiş dəstənin raket istehsalında istifadə ediləcək yararsız ehtiyat hissələrinin istehaslat dövriyyəsinə daxil edilməsinin qarşısı alınaraq bu şəbəkə zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin raket sənayesi məlumatına görə, "İmam Zaman (ə)" adına məxfi xidmət agentləri İran Müdafiə Nazirliyinin Kəşfiyyat Mühafizəsi Təşkilatında fəaliyyət edən bu dəstəni qısa bir zamanda müəyyənləşdirmişlər. " Mossad " təşkilatının bilavasitə rəhbərliyi altında formalaşmış bu şəbəkə təchiz edilmiş hissələri sataraq istehsal olunan raketləri sənaye xətlərini və bu sahədə çalışan işçilərin fəaliyyət mexanizminə məhvedici zərbəyə vurmaq hədəfi güdmüşlər. Düşmən sionist qüvvələrinin cızdığı belə bir mürəkkəb plana baxmayaraq, onların bütün hərəkətləri öncədən kəşfiyyat və əməliyyat nəzarəti altında olmuş və aparılmış xüsusi əməliyyatda saxlanılmışlar. Bu əməliyyatın uğurla həyata keçirilməsi ilə "Mossad"-ın hədəfə aldığı hissələrin tədarükü və təhvil verilməsi üçün bütün marşrutlar və fəaliyyətlər, o cümlədən xarici və daxili məxfi əlaqələndiriciləri ilə birlikdə müəyyən edilərək tam zərərsiz hala gətirilmişdir.Şəbəkənin ifşa edilməsi xəbərləri düşmən sionist mərkəzlərinə dağıdıcı zərbə vurması onların bütün planlarını alt-üst etmişdir. Verilən məlumatlarda sionistlərin hələ də şok yaşadığı və öz acizliklərinin etiraf etməsi də yer alıb.