İran səfiri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini ilə görüşdü
https://azeri.sahartv.ir/news/İran-i403184-İran_səfiri_türkiyənin_Ədalət_və_İnkişaf_partiyasının_sədr_müavini_ilə_görüşdü
İranın Türkiyədəki səfiri bu ölkənin Ədalət və İnkişaf Partiyasının sədr müavini ilə görüşündə müxtəlif məsələlər haqda müzakirə aparıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 02, 2023 17:43 Asia/Baku
  • İran səfiri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini ilə görüşdü

İranın Türkiyədəki səfiri bu ölkənin Ədalət və İnkişaf Partiyasının sədr müavini ilə görüşündə müxtəlif məsələlər haqda müzakirə aparıblar.

Məlumata görə, İran İslam Respublikasının Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə bu ölkənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla görüşündə iki ölkə arasındakı əlaqələrin inkişafı və gücləndirilməsi əsas müzakirə mövzusu olub.
Türkiyəli siyasətçi və bu ölkənin Ədalət və İnkişaf Partiyasının qurucularından biri sayılan Binəli Yıldırım son illərdə nəqliyyat və kommunikasiya naziri, Türkiyənin baş naziri və Türkiyə Milli Məclisinin sədri vəzifələrində çalışmış, bir müddət Milli Məclisin deputatı olaraq fəaliyyət göstərib.
Yıldırım, prezident üsul-idarəsinə keçiddən əvvəl Türkiyənin sonuncu baş naziri olub və hazırda Türkiyənin Ədalət və İnkişaf Partiyasının başqanı Rəcəb Tayyib Ərdoğanın müavinidir.