Sepahın baş komandanı Tel-Əvivə xəbərdarlıq etdi
"Əgər sizinlə aramızdakı boşluq təhlükəsizlik halına gəlsə, ömrünüz qısalacaq"
İslam İnqilabı Keşikçiləri Korpusu – Sepahın baş komandanı sionist İsrail rejiminə xəbərdarlıq edib.
General-leytenant Hüseyn Salami deyib: “Düşmənlər artıq bizimlə hərbi hədə-qorxu dili ilə danışa bilməzlər! Məsələn, hərbi variantların masada olması, hətta iqtisadi sanksiyalar kimi şərhlər verə bilməzlər”.
Generalın sözlərinə görə, sionistlər bir çox problemlərlə məşğuldurlar, onların vəziyyətlərinin pisləşməsi ilə bağlı görüntülər müşahidə olunur.
“Bununla belə komandirlərimizi öldürməklə hədələyirlər. Onlara deməliyik ki, əgər əvvəlki sui-qəsdlər təhlükəsizliyinizi artırıbsa, davam edin; Amma bunu bilin ki, sizinlə aramızda olan təhlükəsizlikdə boşluq yaranarsa, bizim əllərimiz daha açıq olacaq, sizin ömrünüz isə daha qısa olacaq",- deyə general Səlami vurğulayıb