Layihənin icrasına tezliklə başlanacaq
https://azeri.sahartv.ir/news/İran-i403665-layihənin_icrasına_tezliklə_başlanacaq
Rəşt-Astara dəmir yolunun tikintisi ilə əlaqədar kommersiya müqaviləsi üzrə danışıqlar 50%-ə çatıb və tikinti işlərinə bu ilin sonuna kimi başlanacaq.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 19, 2023 12:13 Asia/Baku
  • Layihənin icrasına tezliklə başlanacaq

Rəşt-Astara dəmir yolunun tikintisi ilə əlaqədar kommersiya müqaviləsi üzrə danışıqlar 50%-ə çatıb və tikinti işlərinə bu ilin sonuna kimi başlanacaq.

Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmisi Abbas Xətibi bildirib.

O deyib: “Rusiya ilə İran arasında Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair danışıqlar yekunlaşmaq üzrədir və 2023-cü ilin sonuna qədər bu dəmir yolu layihəsinin icrasına başlanıla bilər”.

Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Xəttin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq.

Sənəddə qeyd olunur ki, Moskva və Tehran layihələndirməni, tikintini, eləcə də malların və xidmətlərin təchizatını birgə maliyyələşdirəcəklər.