İnqilab Rəhbəri müsəlman dövlətlərini İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb
“Qəzzayə qarşı bombardmanlar dərhal dayandırılmalı , İsrailə neft və ərzaq ixracı yolları müsəlman ölkələri tərəfindən bağlanmalıdır”.
Meydan Qəzzə və İsrail meydanı deyil, Haqq və batil meydanıdır. Meydan istikbar və iman meydanıdır. Bir tərəfdə istikbar dayanıb; bomba qüdrəti və hərbi təzyiq, bombardman, faciə və cinayətlə. O biri tərəfdə isə iman qüdrətidir ki, Allahın lütfü ilə qələbə çalacaq.
Qəzzə xalqı öz səbri ilə bəşəriyyətin vicdanını hərəkətə gətirmişdir. Həmin Qərb ölkələrində, İngiltərədə, Fransada, İtaliyada, ABŞ-ın özündə, müxtəlif ştatlarda insanlar kütləvi şəkildə küçələrə çıxaraq İsrailin əleyhinə və həm də Amerikanın əleyhinə şüarlar verirlər. Bunlar biabır oldular. Bunlar öz hərəkətlərini əsaslandıra bilmirlər. Bu arada bir axmaq tapılıb deyir ki, İngiltərədə keçirilən aksiya İranın işidir, sən demə Londonun Bəsici bunu edib! Parisin Bəsici bunu edib!