Tacikistan prezidenti iranlı həmkarı Ayətullah Rəisini rəsmi qəbul edib
İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisi bu gün Tacikistana səfər edib və onu xalq sarayında tacikistanlı həmkarı Emoməli Rəhmon rəsmi qəbul edib.
İran prezidenti cənab İbrahim Rəisi tacikistanlı həmkarı Emoməli Rəhmonun rəsmi dəvətinə əsasən, qonşu ölkələrlə iqtisadi və siyasi əlaqələri genişləndirmək və dərinləşdirmək məqsədilə Tacikistanın paytaxtı Düşənbəyə gedib.
Bu səfər zamanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında iqtisadi əməkdaşlıq müzakirə olunacaq və bu görüş çərçivəsində üzv dövlətlərin rəhbərləri ilə də mühüm görüşlər keçiriləcək.
Müxtəlif iqtisadi, ticarət, sənaye, nəqliyyat, tranzit, dəmir yolu, energetika, birgə azad zonanın yaradılması, gömrük, mədəniyyət, elmi sahələr, yeni texnologiyalar, idman, böhranların idarə edilməsi və narkotiklərə nəzarətlə bağlı bir sıra ikitərəfli əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırılır.
Həmçinin 200-ə yaxın iranlı və tacikistanlı iqtisadi fəal və iş adamının iştirakı ilə birgə ticarət-iqtisadi konfrans keçiriləcək və iki ölkə prezidentinin birgə bəyanatı veriləcək.