Rəisi: “Qəzzədə müharibə şər cəbhəsi ilə şərəf yolunun vuruşudur
https://azeri.sahartv.ir/news/İran-i405367-rəisi_qəzzədə_müharibə_şər_cəbhəsi_ilə_şərəf_yolunun_vuruşudur
İran İslam Respublikası prezidenti İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının keçirdiyi növbədənkənar birgə iclasında vurğulayıb: “Qəzzə hadisəsi şərəf yolu ilə şər cəbhəsinin vuruşmasıdır və hər kəs öz xəttini daha müəyyənləşdirməlidir”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2023 16:16 Asia/Baku
  • Rəisi: “Qəzzədə müharibə şər cəbhəsi ilə şərəf yolunun vuruşudur

İran İslam Respublikası prezidenti İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının keçirdiyi növbədənkənar birgə iclasında vurğulayıb: “Qəzzə hadisəsi şərəf yolu ilə şər cəbhəsinin vuruşmasıdır və hər kəs öz xəttini daha müəyyənləşdirməlidir”

ABŞ hökumətini sionistlərin son 5 həftədə Qəzzənin məzlum xalqına qarşı cinayətlərinin təşkilatçısı və əsas iştirakçısı olduğunu bildirən Rəisi deyib ki, İndi Amerikanın təsiri altında olan beynəlxalq təşkilatlar formalitə, qətiyyətsiz və işə yaramayan bir vəziyyəti nümayiş etdirdi

Cənab Rəisi, Fələstin xalqının xeyrinə həlledici qərarın qəbul edilməsi üçün 10 təcili həll yolu və təkliflər irəli sürdü. Bu əsas və həlledici təkliflər sırasında ilk addımın Qəzzədə cinayətlərin dayandırılması və vəhşicəsinə baş vermiş hücumlara son verilməsini, ikinci əsaslı həll yolu bütün İslam və Ərəb liderlərinin başlıca olaraq misirli qardaşlarının yardımı ilə mühasirəni tamamilə aradan qaldırılmasını və Rəfəh keçidini açılması oldu.

Üçüncü həlledici əsas youn sionist qoşunların Qəzzəni dərhal tərk etməsini vurğulayan İran prezidenti İslam ölkələrinin sionist rejimlə bütün siyasi, iqtisadi əlaqələrin dayandırılıması və oların baykot edilməsini dördüncü həll olaraq vurğuladı.

Seyid İbrahim Rəisi çıxışının davamında bütün İslam dövlətlərinin sionist rejimini və onun cinayətkar ordusunu terror təşkilatı elan etmələrini istədi. O, bu beşinci təklifin ardından sionist rejimin hərbi cinayətinin araşdırılması üçün ədalətli məhkəmənin yaradılması və bu cinayətdə iştirak etdiklərinə görə İsrail və Amerikanın təmsilçilərinin cəzalandıılmasını tələb etdi.

Yeddinci əsas həll edici yolun Qəzzənin yenidən qurulması üçün fondun formalaşdırılmalı olduğunu bildirən Seyid İbrahim Rəisi daha sonra  Fələstin xalqına humanitar yardımların ardıcıl olaraq göndərilməsini bildirib. 17 oktyabrı bəşəriyyətə qarşı soyqrım və cinayət gününün elan edilməsini doqquzuncu təklif olaraq səsləndirən cənab prezident amansız işğalın davam edəcəyi təqdirdə Fələstin xalqını baş verən müharibədə işğalçılara qarşı silahlandırılmalı olduğunu onuncu təklif olaraq çıxışında vurğuladı. Sonuncu olaraq əsas həll yolunu diqqətə çatdıran Cənab Rəisi hər bir fələstinlinin iştirakı ilə dənizdən çaya qədər Fələstin dövlətinin yaradılmalı olduğunu və bunun İslam İnqilabının Ali Məqamlı Rəhbərinin tövsiyyəsi olaraq toplantı iştirakçılarının nəzərəinə çatdırdı