Dek 07, 2023 20:06 Asia/Baku
  • Raisi: Qəzzədə atəşkəs təcili şəkildə bərqərar edilməlidir

İran İslam Respublikası və Rusiya prezidentlərinin Kremldə görüşü baş tutub.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putin ilə görüşdə Fələstin məsələsinin İran və Rusiya arasında danışıq mövzularından biri olduğunu qeyd edərək deyib: Qəzzədə hər on dəqiqədə bir uşaq şəhid olur, ona görə də bombardmanların ən qısa zamanda dayandırılması vacibdir. Və bu, təcili şəkildə təmin olunmalıdır.

O, vurğulayıb ki, bu gün bəşəriyyət təktərəflilik və ədalətsiz qlobal sistemdən əziyyət çəkir və onun təzahürünü Qəzzədə görmək olar.

Prezident bildirib: Fələstində baş verənlər soyqırım və bəşəriyyətə qarşı cinayətdir və 5 mindən çox uşağın sionist rejim tərəfindən şəhid olması təəssüf doğurur.

Onun sözlərinə görə, sionist rejimin Qəzzədə törətdiyi cinayətlər ABŞ və Qərb ölkələri tərəfindən dəstəklənir və təəssüflər olsun ki, insan haqlarını iddia edən beynəlxalq qurum və təşkilatlar öz təsirlərini itiriblər.

Cənab Rəisi söhbətinin davamında iki ölkə əlaqələrinin qonşuluq siyasəti çərçivəsində inkişafından məmnunluq ifadə edərək əlavə edib: “İran və Rusiya enerji, kənd təsərrüfatı və elm əsaslı iş sahələrində yaxşı əməkdaşlıq edirlər və hər iki ölkənin xeyrinə addımlar atılır”.

 

Teqlər