Sionist rejimin bərbad olmuş heysiyyəti bərpa olmayacaq
https://azeri.sahartv.ir/news/İran-i406391-sionist_rejimin_bərbad_olmuş_heysiyyəti_bərpa_olmayacaq
Heç bir tədbir sionist rejimin bərbad olmuş heysiyyətini bərpa etməyəcək.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Dek 11, 2023 11:13 Asia/Baku
  • Sionist rejimin bərbad olmuş heysiyyəti bərpa olmayacaq

Heç bir tədbir sionist rejimin bərbad olmuş heysiyyətini bərpa etməyəcək.

İran İslam Şurası Məclisinin sədri deyibdir ki, heç bir tədbir sionist rejimin yeddi oktyabr hadisəsindəki bərbad olmuş heysiyyətini bərpa etməyəcək və onun böyük məğlubiyyətinin yerini doldurmayacaq.

Məclisin bugünkü plenar iclasında çıxış edən Məhəmməd Qalibaf söyləyib: Ötən günlərdə sionist rejim/ bütün cinayətlərdə onun ortağı və əsas hamisi olan Amerika Birləşmiş Ştatlarının tam əməkdaşlığı ilə Qəzzənin günahsız əhalisini qırğın/ və onun həyatının əsas infrastrukturlarını məhv etməyi davam etdirir.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: Qəzzədəki soyqırımının amili və mühərriki, Amerikanın sionist rejimə hərbi, media və diplomatik dəstəkləridir.

Qalibaf vurğulayıb: Sionist rejim bu gün dünyanın ümumi fikrində keçmişdəkindən daha da mənfurdur və sionistlərin puç qüdrət təsəvvürləri, hətta onların dostları arasında belə, aradan gedibdir.

İran İslam Şurası Məclisinin sədri sonra belə qeyd edib: Müsəlmanlar və azadlıqsevərlər öz dövlətlərindən gözləyirlər ki, Amerika Birləşmiş Ştatlarının tərsliyi ilə/ təhlükəsizlik şurası kimi ədalətsiz strukturların soyqırımı törətməkdə sionist rejimin əlini açıq qoymalarına icazə verməsinlər.