İranlı siyasətçi İsrail rejiminə neft tədarükünü davam etdirməyi ağılsız hərəkət hesab edir.
Möhsün Pakayin: Bakı İsrail bataqlığından qurtulmalıdır
İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin nüfuzlu Xəbər-Onlyn portalı üçün yazdığı məqalədə Bakı siyasətçilərini qəsbkar rejimlə münasibətlərində diqqətli olmağa çağırıb.
Keçmiş səfir yazır: “Soyqırımın bariz nümunəsi olan Qəzzədə cinayətlərin artması ilə İsrail nəinki müsəlman dünyasının nifrətinə tuş gəlib, həm də dünya xalqları tərəfindən lənətlənir. Məhz belə bir şəraitdə İsrail rejimi Azərbaycan Respublikasından neft almaqla, enerji ehtiyacının böyük hissəsini təmin edir. Azərbaycan Respublikasındakı dostlarımız İsrailin ikiüzlü yanaşmalarından xəbərdardırlar və bunu dəfələrlə şəxsi görüşlərdə etiraf ediblər”.
Diplomat qeyd edib ki, Qəzzədə baş verən soyqırımına görə Netanyahu hökuməti dünya səviyyəsində qınaq obyektinə çevrilib və o, döyüş meydanında da ağır məğlubiyyət yaşayır. Məhz bunun nəticəsi olaraq İsraillə münasibətləri normallaşdırmağa çalışan ərəb ölkələrindən bəziləri ehtiyatlı davranaraq normallaşma prosesini dayandırıblar. Hətta bu prosesdə ən səs-küylü ölkə olan BƏƏ də atəşkəs üçün BMT Təhlükəsizlik Şurasına qətnamə təklif etdi. Bu zaman Azərbaycan Respublikası bir müsəlman ölkəsi və İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq islam ölkələri arasında mövqe ortaya qoymalı və işğalçı rejimə neft ixracını dayandırmalır. Zira neft tədarükü İsrail rejiminə imkan verir ki, müharibə mühərrikini gücləndirsin və günahsız Fələstin xalqına qarşı cinayətlərini davam etdirsin. Bu səbəbdən neft satmağa davam etmək heç də ağıllı siyasət deyil.
Möhsün Pakayin sonda bildirir ki, İsrail heç vaxt müsəlman ölkələrinin dostu olmayıb və hazırda sadəcə olaraq təcriddən çıxmaq üçün Tel-Əvivin Bakı ilə münasibətlərinin strateji münasibətə çevrildiyini reklam edir.
Onun fikrincə, Qəzzə müharibəsi göstərdi ki, İsrail təkcə İslam dünyası üçün deyil, həm də dünya sülhü üçün ən böyük təhlükəsizlik təhdididir. Bu gün dünya müsəlmanları, xüsusilə Azərbaycan Respublikası xalqı, eləcə də Fələstin mücahidləri Azərbaycan Respublikası kimi dövlətlərdən Tel-Əvivlə əlaqələrini kəsib mütləq şəkildə İsrailsiz formalaşacaq gələcək dünya nizamına hazırlaşmalarını gözləyir.