Həzrət Ayətullahül-üzma Xamenei: Azərbaycan İranın imtiyazlı mentalitetidir
https://azeri.sahartv.ir/news/İran-i406506-həzrət_ayətullahül_üzma_xamenei_azərbaycan_İranın_imtiyazlı_mentalitetidir
İslam İnqilabının Aliməqamlı Rəhbəri Şərqi Azərbaycan vilayətinin 10 min şəhidinin xatirəsini yad edən Konqresin Mərkəzi Qərargahının üzvləri ilə görüşdə şəhidləri İran xalqının milli kimliyi olaraq xarakterizə etmişlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2023 11:56 Asia/Baku
  • Həzrət Ayətullahül-üzma Xamenei: Azərbaycan İranın imtiyazlı mentalitetidir

İslam İnqilabının Aliməqamlı Rəhbəri Şərqi Azərbaycan vilayətinin 10 min şəhidinin xatirəsini yad edən Konqresin Mərkəzi Qərargahının üzvləri ilə görüşdə şəhidləri İran xalqının milli kimliyi olaraq xarakterizə etmişlər.

Müəzzəm Rəhbər dekabrın 6-da Şərqi Azərbaycan vilayətinin 10.000 Şəhidini Anma Konqresinin Mərkəzi Qərargahının üzvləri ilə keçirilən görüşdə buyurub: “Şəhidlərin qanının qaynaması səngiməməlidir. Çünki şəhidlər İran xalqının kimliyidir və xalq öz kimliyini unutmamalıdır.”

İnqilab Rəhbərinin 6 dekabr görüşündəki çıxışının mətni bu gün Təbrizdə konfransın keçirildiyi yerdə yayılıb.

Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə Şərqi Azərbaycanı canından keçənlərin və şəhidlərin beşiyi adlandıraraq deyib: “Şəhidlərin xatirəsini ehtiramla yad etmək sırf xatirə anmaq üçün deyil: “Şəhidlərin anım mərasiminin keçirilməsi, qısa fasilələrlə təkrarlanması gərəkli və vacib işdir. Amma bu görüşlər şəhidlərin əhval-ruhiyyəsinin, iman, təqva, şəhadət, fədakarlıq, şücaət kimi görkəmli keyfiyyətlərinin gənc nəslə ötürülməsi üçün əsas olmalıdır.”

İslam İnqilabının Rəhbəri şəhidləri gənclər üçün ən yaxşı nümunə adlandırıb, belə parlaq və bənzərsiz hadisələrin İran xalqının tarixi yaddaşında qeyd olunmasının vacibliyini vurğulayaraq qeyd edib: “Şəhidlərin əhval-ruhiyyəsi və parlaq incisi gənc nəslə film, şeir, kitab kimi bədii əsərlərdə ötürülməlidir.”

Həzrət Ayətullah Xamenei şəhid ailələrinin unudulmamasının, onların, eləcə də şəhidlərin dostlarının xatirələrinin yazılmasının zəruriliyini qeyd edərək deyib: “Gənc nəsil bilməlidir ki, İslam İnqilabı zamanı və İnqilabın qələbəsindən əvvəl baş verən hərəkat və qiyamların, həmçinin inqilabın qələbəsindən sonra şəhidlərin şücaət və fədakarlıqlarının səbəbi və onun konteksti nə olmuşdur. Belə olsa, o hərəkət və ruh davam edəcəkdir.”

İslam İnqilabının Ali Rəhbəri sonda Azərbaycanı İranın imtiyazlı kimliyi adlandırıb, İmam Xomeyni (rəh) hərəkatı dövründən indiyə qədər bu bölgənin şəhidləri mövzusuna toxunaraq deyib: “Azərbaycanın zirvə dəyərini və yüksək xarakterini Müqəddəs Müdafiədə və Mehdi Bakiri, Həmid Bakiri, Əli Təcəllayi, Mürtəza Yağçiyan kimi görkəmli şəhidlərdə görmək lazımdır. Bundan əlavə, ölkənin beş mehrab şəhidindən ikisi Şərqi Azərbaycana məxsusdur.”