İslam İnqilabınıb Keşikçiləri Korpusu – Sepahın baş komandanı bu qüvvənin əzmkarlığından danışdı
General Səlami: Hər nə etsək, onu qorxmadan deyirik
İslam İnqilabının Keşikçiləri Korpusu – Sepahın baş komandanı bu qüvvənin əzmkarlığından danışıb.
General-leytenant Hüseyn Səlami Tehranda şəhid Seyid Rəzi Musəvinin son mənzilə yola salınması mərasimində bildirib: “Biz öz əməlimizdə sədaqətliyik, rəsmi və güclü bir sistemik, ABŞ pilotsuz təyyarəsini vuranda bunu dedik, silahlılarını saxlayanda bunu göstərdik, Eyn əl-Əsəd bazasına hücum edəndə dedik, Ərbildə sionistlərin yuvasını məhv edəndə dedik. Hər nə etsək, onu qorxmadan deyirik”.
General sonra fələstinli mübarizləruin 7 oktyabr əməliyyatına toxunaraq bunları deyib: “Rəsmi olaraq bəyan edirəm ki, Əl-Əqsa Tufanı tamamilə fələstinli olub və belədir. Fələstin özü güclüdür. HƏMAS və Cihad Qəzzədə silah istehsal edir. Gedən hər bir şəhidin yerinə, onlarla gənc onun silahını əlinə götürür. Bu müqavimət bitməyəcək”.