Əmir Abdullahian: Netanyahu çoxlu qələt eləyib
https://azeri.sahartv.ir/news/İran-i407091-Əmir_abdullahian_netanyahu_çoxlu_qələt_eləyib
İranın xarici işlər naziri Netanyahunun İrana hücumla bağlı təhdidlərinə cavab olaraq, deyib: "Netanyahu çoxlu qələt eləyib. İsrailin istənilən avantürasına sərt və qəti cavab veriləcək".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 01, 2024 12:07 Asia/Baku
  • Əmir Abdullahian: Netanyahu çoxlu qələt eləyib

İranın xarici işlər naziri Netanyahunun İrana hücumla bağlı təhdidlərinə cavab olaraq, deyib: "Netanyahu çoxlu qələt eləyib. İsrailin istənilən avantürasına sərt və qəti cavab veriləcək".

Oktyabrın 7-dən etibarən, sionist rejim böhranı işğal olunmuş Fələstinin hüdudlarından kənara çıxarmaq üçün səylərini ikiqat artırıb. Bu istiqamətdə, sionist rejimin baş naziri Benyamin Netanyahu şənbə günü keçirdiyi mətbuat konfransında Livan sərhəddindəki toqquşmaların şiddətlənməsi ilə bağlı açıqlama verərək, iddia edib ki, Hizbullah müharibəni genişləndirsə, təsəvvür edə bilməyəcəyi zərbələr alacaq, eləcə də İran.

İranın xarici işlər naziri ölkəsinin "İsrail rejiminin istənilən avantürası və ya təcavüzünə sərt və qəti şəkildə cavab verəcəyini" vurğulayaraq, qeyd edib ki, Netanyahu çoxlu qələt eləyib. 

Əmir Abdullahianın Netanyahunun İrana hücum iddiasına reaksiyası elə bir haldadır ki, sionist rejimin baş nazirinin kabineti Qəzzə müharibəsinin qızğın çağında nəfəsi daralıb və Netanyahunun süqutunun əsas səbəbkarı İtamar Ben Qvir olacaq. 

Sionist rejimin "Maariv" qəzeti yazıb: “Sionist rejimin baş naziri Benyamin Netanyahu İsrail hakimiyyətində son günlərini yaşayır, onun gedişinin Axilles dabanı isə daxili təhlükəsizlik naziri İtamar Ben Qvir olacaq, hansı ki, istər öz vəzifəsində qalsın, istərsə də koalisiyadan çıxsın, bu, Netanyahunun devrilməsinə gətirib çıxaracaq".

Sionist qəzetin yazdığına görə, Qəzzədə müharibə hələ son nöqtəsindən uzaq olsa da, onun növbəti addımlarının necə olacağı bəlli deyil.

Bu arada Netanyahunun müharibənin ertəsi günü və Fələstin Özünü İdarə Etmə Təşkilatların Qəzzə zolağında hökmranlıq etməsinə icazə verməməsi ilə bağlı açıqlamaları Yair Lapidin buna cavab verməsinə və bununla bağlı müxtəlif suallar verməsinə və Netanyahunun fəaliyyətini şübhə altına almasına səbəb olub.

Sionist "Yediot Ahronot" qəzeti də ifşa edib ki, Qəzzədə müharibədən qayıdan yaralı sionist əsgərlərin fiziki və ruhi vəziyyəti ağırdır.

Digər tərəfdən, sionist rejimin "kanalı 12" televiziya kanalı da, Qolani briqadasındakı məlumatlı mənbələrə istinadən bildirib ki, oktyabrın 7-də müharibə başlayandan bəri bu bölmə 48 üzvünü itirib.