Quran təcrübələri mübadiləsi məqsədilə konfrans keçiriləcək
https://azeri.sahartv.ir/news/İran-i407144-quran_təcrübələri_mübadiləsi_məqsədilə_konfrans_keçiriləcək
Quran anlayışlarının şərhi, yazılışı, əzbərlənməsi və sair kimi müxtəlif bölmələrdə Quran təcrübələri mübadiləsi məqsədi və on müsəlman ölkənin nümayəndələrinin iştirakı ilə yanvarın altısında Tehran Universitetinin İlahiyyat fakültəsində “Allahın risalələri” adlı beynəlxalq Quran konfransı keçiriləcək.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 02, 2024 14:31 Asia/Baku
  • Quran təcrübələri mübadiləsi məqsədilə konfrans keçiriləcək

Quran anlayışlarının şərhi, yazılışı, əzbərlənməsi və sair kimi müxtəlif bölmələrdə Quran təcrübələri mübadiləsi məqsədi və on müsəlman ölkənin nümayəndələrinin iştirakı ilə yanvarın altısında Tehran Universitetinin İlahiyyat fakültəsində “Allahın risalələri” adlı beynəlxalq Quran konfransı keçiriləcək.

Konfransın mədəniyyət şurasının katibi höccətülislam vəlmüslimin Seyid Mustafa Hüseyni-Nişaburinin dedyinə görə, Quran anlayışlarının şərhi, yazılışı, əzbərlənməsi və sair kimi müxtəlif bölmələrdə Quran təcrübələri mübadiləsi toplantının hədəflərindəndir.

Şiə və sünni məzhəblərinin iki böyük Quran şərhi əsəri bu toplantını bəzəyir. Bunlardan biri, təkcə İslam Dünyası üçün deyil, həm də bəşəriyyət üçün bir sərmayə olan// şiələrin böyük təqlid mərcələrindən- Ayətullah Cavadi-Amolinin səksən cildlik mövzu şərhi,// digəri isə, Quran məsələləri üzrə tədqiqatçıların diqqətini özünə çəkən, İbn Aşub-un şərhidir. İbn Aşub-un nəvəsi nümayəndə kimi konfransda iştirak edəcək.

“İlahi risalələr” konfransının qonaqları Rusiya, Livan, Misir, Pakistan, Hindistan, Tailand, İraq, Malayziya, Tunis və İngiltərədəni təmsil edəcəklər.