İranda 13-cü hökumətin məşğulluq proqramı nəticə verir
https://azeri.sahartv.ir/news/İran-i407152-İranda_13_cü_hökumətin_məşğulluq_proqramı_nəticə_verir
İşsizlik səviyyəsi son 2 onilliyin ən aşağı səviyyəsinə düşüb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2024 08:06 Asia/Baku
  • İranda 13-cü hökumətin məşğulluq proqramı nəticə verir

İşsizlik səviyyəsi son 2 onilliyin ən aşağı səviyyəsinə düşüb

İran İslam Respublikasının iqtisadiyyat naziri ölkədə işsizlik səviyyəsinin rekord həddə aşağı düşdüyünü bildirib.

Ehsan Xanduzi deyib ki, İran Statistika Mərkəzinin hesabatına əsasən, 1402-ci hicri-şəmsi ilin payızında işsizlik səviyyəsi 7,6%-ə çatıb. Bu rəqəm İran iqtisadiyyatının son iki onilliyində qeydə alınan ən aşağı işsizlik səviyyəsidir.

Onun sözlərinə görə, iqtisadi iştirak dərəcəsi 0,5 artıb və bu, ölkənin fəal əhalisinin əmək bazarında iştirak motivasiyasının artırılması deməkdir.

Xanduzi həmçinin qeyd edib ki, ölkə məzunlarının işsizlik səviyyəsi ötən ilin payızında 12,5% idisə, cari ildə bu rəqəm 11,5%-ə düşüb.