Bu gün, general pasdar Qasım Süleymaninin şəhadətinin dördüncü ildönümüdür
https://azeri.sahartv.ir/news/İran-i407156-bu_gün_general_pasdar_qasım_süleymaninin_şəhadətinin_dördüncü_ildönümüdür
Bu gün, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qoşunlarının keçmiş komandanı şəhid general-leytenant pasdar Qasım Süleymaninin şəhadətinin dördüncü ildönümü günüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2024 10:05 Asia/Baku
  • Bu gün, general pasdar Qasım Süleymaninin şəhadətinin dördüncü ildönümüdür

Bu gün, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qoşunlarının keçmiş komandanı şəhid general-leytenant pasdar Qasım Süleymaninin şəhadətinin dördüncü ildönümü günüdür.

General pasdar Hacı Qasım Süleymani iki min iyirminci il yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvətilə bu ölkəyə səfəri zamanı təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraq xalq səfərbər qüvvələri- Həşdüşşəbinin rəis müavini Əbu-Məhdi Əlmühəndis və onları müşayiət edən səkkiz nəfərlə yanaşı Bağdad hava limanında şəhid edildi.

Bu gün general Hacı Qasım Süleymaninin şəhadətinin ildönümü münasibətilə İran boyu və dünyanın bəzi bölgələrində, xüsusən islami Qərbi Asiya bölgəsində  müxtəlif mərasimlər keçirilir.

İran İslam Respublikasının BMT-nin Cenevrədə yerləşən ofisindəki daimi nümayəndəliyində də general pasdar Qasım Süleymaninin terror edilməsinin dördüncü  ildönümündə bu təşkilatın insan hüquqları üzrə baş komissarlığının ofisinə və digər əlaqədar mexanizmlərə ünvanlanan məktublarda Amerika hökumətinin müqavimət komandan və komandirlərini şəhid etmək üzrə terror hərəkətləri məqsədyönlü, özbaşına, ədalətsiz və qanunsuz əməl kimi qiymətləndirilib.