İranın cənub-şərqində SEPAH qüvvələri ilə toqquşmada terrorçulara ağır zərbə vurulub
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qərargahının Quru Qoşunları ilə Ceyşül-Zülm terror qruplaşmasının üzvləri arasında silahlı toqquşma baş verib. Nəticədə bir terrorçu öldürülüb, külli miqdarda silah-sursat müsadirə edilib.
Qüds Qərargahının ictimaiyyətlə əlaqələr şöbəsi çərşənbə günü bildirib ki, Rask şəhərinin Kəstək kəndində şərq sərhədlərindən İrana keçməyə cəhd edən tam təchiz olunmuş "Ceyşül-Zülm" terror qruplaşmasının üzvləri ilə silahlı toqquşma zamanı bir terrorçu öldürülüb. Terror qruplaşmasının bəzi digər üzvləri hadisə yerindən qaçıblar.
Əməliyyatda külli miqdarda sursat, partlayıcı maddə və bomba hazırlayan avadanlıqların müsadirə edildiyi və onların bölgədəki terror planlarının qarşısı alındığı açıqlanıb.