Tehran və Ankara münasibətlərin genişləndirilməsinə təkid ediblər
Yan 25, 2024 10:38 Asia/Baku
İran prezidentinin Türkiyəyə səfərinin sonunda iki ölkə bu gün səhər saatlarında yaydığı birgə bəyanatda ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin genişləndirilməsinə olan əzmkarlığını vurğulayıb.
Bəyanatda mühüm regional və beynəlxalq məsələlər barədəki baxışlarını bəyan edən İran və Türkiyə sionistlərin mühakimə olunmaları və sionist rejimin Qəzzənin məzlum əhalisinə qarşı cinayətlərinin dərhal durdurulması istiqamətində əməkdaşlıq zərurətini vurğulayıblar.
Tərəflər bildiriblər ki, Qırmızı dəniz bölgəsində normal şəraitə qayıtmaq üçün sionist rejimin cinayətlərinin qarşısının alınması zəruridir.