İran və Rusiya siyasi və təhlükəsizlik həmkarlıqlarının genişləndirilməsinə əzmkardırlar
İran ali milli təhlükəsizlik şurası katibinin Rusiya milli təhlükəsizlik şurasının katibilə görüşündə münasibətlərin xüsusən siyasi və təhlükəsizlik sahələrində genişləndirilməsinə təkid olunub.
Üçsaatlıq görüşün əvvəlində qəsbkar İsrail rejiminin Qəzzə zolağındakı cinayətlərinin davam etməsinə toxunan Əli-Əkbər Əhmədiyan deyib: Bu gün Fələstin legitimlik əldə edib, sionist rejim isə dünyanın ümumi fikrinin yanında hərbi, təhlükəsizlik və siyasi miqyaslarda qanunsuz və məğlub rejimə çevrilib.
İran ali milli təhlükəsizlik şurası katibi söyləyib: Regionun vəziyyəti Amerikanın heybətini də darmadağın edib. Bu gün özünü supergüc xəyal edən və müqavimət qrupları ilə müharibəyə girən Amerika, hətta ənənəvi müttəfiqlərini belə, özü ilə yanaşı edə bilməyibdir.
İranın Rusiyadakı səfiri Kazım Cəlali və iki ölkənin siyasi-təhlükəsizlik heyətlərinin də iştirak etdikləri görüşdə Rusiya milli təhlükəsizlik şurasının katibi Nikolay Patruşev Kirmanda mülkilərə qarşı törədilən terror hücumunu pisləyib və İran-Rusiya əlaqələrini möhkəm və qırılmaz adlandırıb.
İki ölkənin uzunmüddətli əməkdaşlıqlar üzrə əhatəli sənədinin yekunlaşmasına işarə edən Patruşev vurğulayıbdır ki, bu sənədin imzlanması ilə əlaqələrin bütün sahələrində ciddi fəaliyyət yaranacaq.