İranda Mossad-a bağlı dörd terrorçu edam edilib
Ötən il İran Müdafiə Nazirliyinə məxsus obyektdə partlayış törətməyi planlaşdırarkən İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılan sionist rejimin Mossad casusluq təşkilatına bağlı komandanın dörd üzvü bu gün (bazar ertəsi) səhər edam edilib.
2022-ci ilin iyulunda İranın Təhlükəsizlik Nazirliyi bir bəyanat yayaraq, bildirdi ki, İraqın Kürdüstan bölgəsindən İrana qanunsuz daxil olub, İsfahan vilayətində İranın Müdafiə Nazirliyinin bir fabrikinə qarşı əməliyyat keçirməyi planlaşdıran Mossad-a bağlı bir terrorçu komanda əməliyyatdan bir neçə gün əvvəl İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb.
Komandanın dörd əsas üzvü, yəni Məhəmməd Fəramərzi, Möhsün Məzlum, Vəfa Azərbar və Pejman Fatehi 2023-cü il sentyabrın 18-də məhkəmə tərəfindən ölüm cəzasına məhkum ediliblər.
Əməliyyatdan təqribən il yarım əvvəl 4 terrorçu Komulə terror qruplaşmasının yüksək rütbəli üzvlərindən biri tərəfindən müəyyən edilib və Mossad-a cəlb edilib. Onlar bir neçə Afrika ölkəsinin hərbi qərargahlarında təlim keçiblər.
Terrorçular üçün keçirilən təlimdə Mossad zabitləri də iştirak edib və hətta Mossad rəhbəri David Barnea da terrorçu qrup üzvlərini motivasiya etmək üçün sessiyalardan birində iştirak edib.