Rəisi: Sanksiyaları sındırdıq
https://azeri.sahartv.ir/news/İran-i408073-rəisi_sanksiyaları_sındırdıq
İran İslam Respublikası prezidenti deyibdir ki, on bir İran peykinin uğurlu buraxılışı Amerikanın və Qərbin İrana qarşı sanksiyalarını uğursuzluğa düçar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2024 14:59 Asia/Baku
  • Rəisi: Sanksiyaları sındırdıq

İran İslam Respublikası prezidenti deyibdir ki, on bir İran peykinin uğurlu buraxılışı Amerikanın və Qərbin İrana qarşı sanksiyalarını uğursuzluğa düçar edib.

Seyid İbrahim Rəisi bu gün səhər İran kosmik texnologiya günü münasibətilə keçirilən mərasimdə vurğulayıbdır ki, kosmosda iştirak, qüdrət, ümid və sərvət yaradandır.

O. deyib: Sanksiya ilə İranı durdurmaq və təcrid etməyə çalışdılar, amma on bir peykin uğurlu buraxılışı həm İran İslam Respublikasına qarşı sanksiyaları, həm də təcrid planını uğursuz qoydu.

İran İslam Respublikası prezidenti söyləyib: Bu dəyərli hərəkət İranın silahlı qüvvələrinin, universitet əməkdaşlarının, mütəxəssislər və gənclərin əməkdaşlığı ilə edilib və iftixar yaradılıbdır.

Rəisi əlavə edib: İran İslam Respublikası aerokosmik sahədə dünyanın on tanınmış ölkəsi arasında yer tutur.