ABŞ-ın regiondakı terror hərəkətləri İsrail rejiminin məqsədləri istiqamətindədir
İran İslam Respublikası xarici işlər nazirliyinin sözçüsü USCENTCOM-dakı amerikan terrorçuların İraqın xalq səfərbər qüvvələri liderlərindən birini şəhid etmək üzrə hərəkətini/ Amerika hökumətinin/ sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini hərtərəfli şəkildə himayə etməsinin davam etməsi istiqamətində dəyərləndirib.
Nasir Kənani dünən Amerika hökumətinin terrorizm və İŞİD-lə mübarizənin baş komandanlarından olan Əbu-Baqir Əlsaidi də daxil olmaqla terrorizm qarşısında müqavimət göstərən qüvvələrdən bir neçə nəfərin şəhid edilməsilə nəticələnən İraq ərazisi daxilindəki terror hərəkətini pisləyib. Kənani bu hərəkəti Amerikanın dövlət terrorizminin bariz nümunəsi, eləcə də İraqın suverenliyi və ərazi bütövlüyünün pozulması və beynəlxalq qayda-qanunlarla müxalifət adlandırıb.
Bu dəyərli şəhidlərin ailələrinə, həmçinin İraqın xalqı və hökumətinə başsağlığı verən İran diplomatiya aparatının sözçüsü deyib: Amerika tərəfindən bu cür avantüraların davam etdirilməsi, regional və qlobal sülh və təhlükəsizlik üçün bir təhdiddir.
Kənani bir daha dünya ictimaiyyətinin, eləcə də BMT Təhlükəsizlik Şurasının Amerikanın regiondakı qanunsuz və birtərəfli hərəkətləri, hücumları, həmçinin böhran və səbatsızlıq miqyaslarının genişlənməsinin qarşısının alınması sahəsindəki məsuliyyətlərinə təkid edib.