BMT-də İran İslam İnqilabı qələbəsinin zəfər bayramı tədbiri qeyd edildi
https://azeri.sahartv.ir/news/İran-i408269-bmt_də_İran_İslam_İnqilabı_qələbəsinin_zəfər_bayramı_tədbiri_qeyd_edildi
Nyu-Yorkda İslam İnqilabının şanlı qələbəsinin 45-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə müxtəlif ölkələrin BMT-dəki səfirləri və nümayəndələri iştirak ediblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 10, 2024 14:45 Asia/Baku

Nyu-Yorkda İslam İnqilabının şanlı qələbəsinin 45-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə müxtəlif ölkələrin BMT-dəki səfirləri və nümayəndələri iştirak ediblər.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyində keçirilən bu tədbirdə 90-dan çox ölkənin səfirləri və nümayəndə heyətləri, həmçinin BMT-nin yüksək vəzifəli şəxsləri, o cümlədən BMT baş katibinin siyasi müavini Rozmari DiKarlo İran İslam Respublikasının Təşkilatdakı səfiri və daimi nümayəndəsi Əmir Səid İrvanini zəfər bayramı münasibəti ilə təbrik ediblər.

İranın BMT-dəki daimi nümayəndəsi hər bir qonağı salamlayaraq bu tədbirdə səmimi iştirakına görə onlara təşəkkürünü bildirib.