Rəisi: İran xalqı düşmənlərin bütün fitnələrindən qalibiyyətlə keçibdir
İran prezidenti 22 bəhmən yürüşü iştirakçılarının qarşısında deyib: Düşmən böyük İran xalqını durdurmaq üçün hərbi, iqtisadi, media və psixoloji müharibələr, son zamanlar da hibrid müharibəsi salıb, amma böyük İran xalqı bütün bu meydanlardan qalibiyyətlə çıxıb və düşməni məyus etməyi bacarıbdır.
İran prezidenti Seyid İbrahim Rəisi Tehranın Azadi meydanında keçirilən İslam İnqilabı Qələbəsinin 45-ci ildönümü yürüşünün iştirakçıları qarşısında deyib: İran İslam İnqilabı böyük İran xalqının müqaviməti, şəhidlərin şəhadəti, fədakar döyüşçülərin fədakarlıqları və mübarizlərin mübarizələrinin nəticəsidir.
O, əlavə edib: Böyük İran xalqı Allah-Taalaya təvəkkül, özünəinam, milli birlik və İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərini yerinə yetitməklə, əzəmətli İslam İnqilabını çox səmərəli, çox bərəkətli, təsirli və dəyişiklik yaradan qırx beş il davam etdiribdir.
Son illər İslam İnqilabının qarşısında duran problemlərə toxunan ölkə prezidenti vurğulayıb: Fitnələr, çevriliş, separatçılıq, icbari müharibə, münafiqlər cərəyanı, terrorlar və əmin-amansızlıqlar- Böyük İran xalqı düşmənlərin onun qarşısında yaratmaq istədikləri bütün problemləri yaxşı şəkildə tanıdı və müqavimətlə, düşmənlərin planlarını alt-üst etdi.
O, əlavə edib: İslami quruluşun təşkili və təsbiti dövründən sonra bu gün İran İslam İnqilabı irəliləyir və qarşısındakı heç bir maneəni rəsmi şəkildə tanımır və onlara məhəl qoymur.
Rəisi daha sonra söyləyib: Həqiqətən, bizim və dünyadakı bütün xalqların şahidi olduğumuz şey, İslami İranın bu gününü və gələcəyini təyin edən diskursdur. İran xalqının hərəkəti məhz bu diskurs əsasında tənzim edilibdir ki, onun bayraqdarı, imam və rəhbərlikdir.