Fev 12, 2024 15:45 Asia/Baku
  • “Müqavimətin hazırkı durumu mükəmməldir”

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Fələstin müqavimət hərəkatının liderlərini Qəzzədə bir daha qələbəyə imza atması münasibətilə təbrik edərək, bölgədə müqavimət hərəkatının hazırkı durumunun mükəmməl olduğunu bildirib.

Qeyd edək ki, Hüseyn Əmir-Abdullahian ötən gün Dəməşqdə İslam İnqilabının qələbəsinin 45-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edib. O çıxışında Tehran və Dəməşq münasibətlərinin artan inkişafına işarə edərək vurğulayıb ki, biz bu gün sionist rejim tərəfindən Qəzzə xalqının soyqırımına şahidik. Lakin, digər tərəfdən, İran İslam İnqilabının şanlı qələbəsinin ildönümünü də qeyd edirik.

İran XİN baçısı daha sonra qeyd edib: “Beyrutda Livan və Fələstin müqavimət liderləri ilə keçirdiyim görüşlərdə, çox yaxşı anladım ki, müqavimət cəbhəsi ən yaxşı vəziyyətdədir. Bu isə, yaxında Qəzzə qələbəsini dadacağımız və Netanyahu kimi sionist cinayətkarların sonunu görəcəyimiz deməkdir.

Suriya dövlət rəsmiləri ilə görüşmək məqsədilə bu ölkədə rəsmi səfərdə olan Hüseyn Əmir-Abdullahian ilk öncə Fələstin müqavimət dəstələrinin rəsmiləri ilə görüşdə Qəzzədə baş verən son hadisələr və sionist rejimin İordan vadisində və Qəzzədə törətdiyi cinayətlərə son verməsi haqda  müzakirələr aparıb.

İran XİN baçısı bundan öncə ölkə başçısı Bəşər Əsəd, Suriyalı həmkarı Feysəl Miqdad ilə də görüşmüşdü.