Ötən il Avropaya 92 milyon avro dəyərində İran püstəsi ixrac edilib
Fev 18, 2024 13:35 Asia/Baku
Avropa Komissiyasının Statistika Mərkəzi- Avrostat ötən il Avropaya doxsan iki milyon avro dəyərində İran püstəsinin ixrac edildiyini bildirib.
Almaniya Avropada İran püstəsinin başlıca alıcısı olub. Belə ki, iki min iyirmi üçüncü ildə bu ölkəyə qırx doqquz milyon avro dəyərində İran püstəsi idxal edilib.
İtaliya yeddi milyon, İspaniya isə beş milyon avro ilə/ Avropada İran püstəsinin əsas alıcılarından olublar.
Bu məlumata görə, İran iki min iyirmi üçüncü ildə Avropaya ikinci püstə ixracatçısı olub.
Amerika altı yüz qırx milyon avroluq ixracatla Avropaya ən böyük püstə ixracatçısı olub.