Fev 21, 2024 18:40 Asia/Baku
  • BU GÜN HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) MÜBARƏK MÖVLUDUDUR

Şaban ayının 11-ci günü Həzrət Əli Əkbərin (ə) mövlud günüdür. Bu gün İslam dünyasının mübarək günlərindən biri, üçüncü imamımız İmam Huseynin (ə.) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günü münasibətilə Səhər Azəri televizya kanalı adından bütün müsəlmanları başda İmam Zaman (Ə.F) olmaqla təbrik edirik.

O Həzrətin qısa lakin bərəkət dolu həyatı bütün gənclərimizə ən böyük nümünədir. Onun  atası şəhidlər sərvəri imam Hüseyn (ə), anası isə Əbu Mürrət ibn Ürvət ibn Məsud Səqəfinin qızı Leyladır.

Həzrət Əli Əkbər (ə) İmam himayəsində böyümüş və Əhli-Beyt məktəbinin layiqli davamçılarından olmuşdur. O, atası ilə birgə Kərbəlaya doğru yola düşmüş, İslam uğrunda canından keçmişdir. İslamın dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan şəxslərdən biri də Həzrət Əli Əkbərdir (ə). 

Həzrət Əli Əkbər (ə) gözəllik və şücaətdə, əxlaq və rəftarda, xarici görünüş və qamətdə, həmçinin danışıq tərzində əziz İslam Peyğəmbərini xatırlayırdı.

Əli Əkbər (ə) Kərbala faciəsində Bəni-Haşim tayfasından ilk şəhid olan şəxsdir.