Svop ən sərfəli mübadilə metoduna çevrilib
İran iki qonşu ölkə arasında qaz mübadiləsini artırır
Fev 23, 2024 13:43 Asia/Baku
İran dövləti Azərbaycan ilə Türkmənistan arasında illik svop həcmini artırmaq məqsədi ilə boru kəmərinin ötürücülük qabiliyyətini 5,5 milyard kubmetrə çatdırıb.
“Shoare Sal” saytı yazır: “Türkmənistan hazırda Azərbaycanla qaz svop sazişi çərçivəsində İrana qaz göndərir. İki milyard kubmetr qaz İranın şimal-şərqinin yanacağa ehtiyacı olan ucqar bölgələrinə çatdırılır, İran isə eyni həcmdə qazı Azərbaycana qaz nəql edir. Nəticədə, Türkmənistan qazını əslində Azərbaycan alır”.
Məlumatda həmçinin bildirilir ki, ötən il dekabrın 6-da Aşqabadda keçirilən iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Türkiyə dövlətlərarası komissiyasında Türkmənistandan Türkiyəyə qazın İran vasitəsilə tranzitinin mümkünlüyü ilə bağlı müzakirələr aparılıb.