Əmir-Abdullahiyan Ukrayna müharibəsi ilə bağlı İrana qarşı təzyiqlərin haqsız olduğunu bildirib
“İttihamlar darıxdırıcı mərhələyə çatıb”
İran İslam Respublikasının XİN rəhbəri Ukrayna müharibəsi ilə bağlı İrana qarşı təzyiqlərin haqsız olduğunu bildirib.
Hüseyn Əmir-Abdullahiyan cümə axşamı macarıstanlı həmkarı Peter Siyarto ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib: “Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı İrana qarşı əsassız ittihamları qətiyyətlə pisləyirik. Bu sənədsiz iddiaların təkrarlanması darıxdırıcı bir mərhələyə çatıb”.
Xarici İşlər naziri onu da qeyd edib ki, regional və beynəlxalq problemlərin araşdırılması və Qəzzə müharibəsi və Fələstin xalqının hüquqlarının həyata keçirilməsinə diqqət yetirilməsi macar həmkarı ilə apardığı danışıqların digər istiqamətləri arasında olub.
“Biz siyasi həll yollarını, BMT qətnamələrinə diqqət yetirilməsini və soyqırımın dayandırılmasını vurğuladıq”, - deyə Əmir-Abdullahiyan əlavə edib.