Fev 27, 2024 15:25 Asia/Baku
  • Oyaq vicdanlar fələstinlilərə qarşı soyqırımının əleyhinədirlər

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi amerikan pilotsuzunun özünü yandırmasının fəryadlarını/ Amerikadakı oyaq vicdanların/ bu ölkə hökumətinin fələstinlilərə qarşı soyqırımını müşayiət etməsi əleyhinə ucalan səsi/ adlandırıb.

Nasir Kənani-Çafi «X» sosial şəbəkəsində bu hərəkətə reaksiyada bunları yazıb: Amerika ordusunun hava qüvvələrinin zabiti Aaron Buşnell-in sionistlərin Qəzzə zolağındakı cinayətlərinin davam etməsinə etiraz olaraq özünü yandırması göstərdi ki, Amerikadakı oyaq vicdanlar  bu ölkə hökumətinin fələstinlilərə qarşı soyqırımını himayə etməsindən nə qədər xəcalətlidir.

Amerika müdafiə nazirliyi- Pentaqon bazar ertəsi günü elan etdi ki, Qəzzə zolağındakı müharibəyə etiraz olaraq özünü sionist rejimin Vaşinqtondakı səfirliyi qarşısında yandıran amerikalı pilot vəfat edibdir.

Hərbi geyimdə olan bu amerikalı təyyarəçi özünü yandırmazdan öncə yaydığı canlı videoda bildiribdir ki; daha İsrail rejiminin Qəzzə zolağında törətdiyi soyqırımına ortaq olmayacaqdır!