Fev 27, 2024 20:13 Asia/Baku
  • İran hava qüvvələrinin quru qoşunları Qərbi Asiyada ən iri helikopter donanmasına malikdir

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı deyibdir ki, ordu region ölkələri arasında ən çox sayda helikopterə malikdir.

İran hava qüvvələrinin quru qoşunlarında həyata keçirilən dəyişikliklərə işarə edən briqada generalı Kiyumərs Heydəri əlavə edib: İran hava qüvvələrinin quru qoşunlarındakı helikopterlərin raketlərinin mənzilləri iki və iyirmi kilometrdən iki yüz kilometrə çatır ki, bu helikopterlər dənizlər üzərindəki hərəkətli hədəfləri müəyyən və təqib edə və iki yüz kilometrlik məsafədən məhv edə bilmiş olsunlar.

İran hava qüvvələrinin quru qoşunlarının helikopterləri elektron müharibə mühitində özünümüdafiə qabiliyyətinə malikdirlər- deyən briqada generalı Heydəri bildiribdir ki, sözügedən qoşunların mühəndis və mütəxəssisləri indiyədək səkkiz yüz növdən çox helikopter detalı istehsal edə biliblər ki, nəinki bu qoşunların helikopterlər donanması fəaliyyətdən qalmasın, həm də beynəlxalq meydanlarda parlamış olsun.

İran İslam Respublikası müdafiə və hərbi sahələrdə hissolunan irəliləyişlərə malik olub. Belə ki, bu gün İran dünyada sualtı qayıq istehsalı sahəsində onuncu, stels pilotsuzlar istehsalında beşinci və üstün hərbi qüdrət sahəsində on üçüncü yerdə gedir.