İranlı səfiri israilli diplomatı ikiüzlülükdə ittiham etdi
Musəvi: Münafiqlik və riyakarlıq bəzi rejimlərin fitrətindədir
İran İslam Respublikasının Azərbaycandakı səfiri sionist səfirin Xocalı faciəsi ilə əlaqədar “ikiüzlü” kədərinə reaksiya verib.
Seyid Abbas Musəvi bildirib ki, münafiqlik və riyakarlıq bəzi insanların və rejimlərin səfirlərinin fitrətindədir.
İran səfiri X sosial şəbəkəsindəki şəxsi səhifəsində İsrail səfirinin Xocalı faciəsinə başsağlığı ifadə etməsinə cavab olaraq, bu qətliamı son 5 ayda Qəzzə xalqının qətliamının oxşarı kimi qiymətləndirib.
Səfir yazıb: “Əgər Xocalı faciəsi digər qırğınlar və soyqırımlarla müqayisə oluna bilərsə, bu, son 5 ayda Qəzzə əhalisinə qarşı törədilən soyqırımıdır. Münafiqlik və riyakarlıq bəzi insanların və rejimlərin fitrətindədir”.
Xationistrladaq ki, xunta rejiminin Bakıdakı səfiri Corc Dik Xocalı soyqırımının ildönümündə bu hadisəni 7 oktyabr hadisəsinə bənzətmişdi.