Fev 29, 2024 19:15 Asia/Baku
  • Düzgün seçim milli maraqların qarantıdır - TƏHLİL

İran xalqı özünün milli maraqları naminə 1 mart seçkilərində vacib saydığı namizədlərə səs verəcək.

İslam sistemində insanların seçkilərdə iştirakı, xalqın öz müqəddəratını təyin etmək hüququ olmaqla yanaşı, həm də dini bir vəzifə sayılır.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri müxtəlif hadisələrlə bağlı verdiyi açıqlamalarda həmişə bu əhəmiyyəti qeyd etmiş və xalqı seçki namizədlərinin seçimində dəqiqliyə diqqət yetirməyə çağırmışdır.

Həzrət Ayətullahül-üzma Xamenei fevralın 28-dəki çıxışında əsləh namizlərin kimlər olduğuna toxunaraq bildirib: “Əsleh namizəd o kəsdir ki, dini qanunlara tabedir, ölkənin müstəqilliyində israrlıdır və korrupsiya ilə mübarizədə ciddi fikir sahibidir, həmçinin milli maraqlara daha ciddi yanaşır, ölkənin tərəqqisini şəxsi maraqlardan, fraksiya təəssübkeşlərindən üstün tutur”.

Şübhəsiz ki, seçki İran İslam Respublikası quruluşu üçün qüdrət amillərdən biri və eyni zamanda düşmənlərin məqsədlərinin həyata keçirilməsinə maneədir; Müvafiq olaraq, seçkilərdə həvəslə iştirak təhlükəsizliyi və milli maraqları təmin etmək vasitəsidir; Başqa sözlə, seçki ölkənin siyasi sisteminin sabitliyinə, ərazi bütövlüyünə və ictimai maraqlarına təsir edən komponentlərdən biri olduğundan, seçkinin fəal keçirilməsinin nəticəsi daxili arena ilə yanaşı, İranın beynəlxalq qüdrətini də artıracaq. Ona görə də xalqın seçkilərdə fəal iştirakı və düzgün namizədlərin seçilməsi sistemin əsaslarını gücləndirəcək, ictimai etimadı artıracaq və düşmənləri məyus edəcəkdir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri də öz bəyanatında xalqın şövqlə və güclü şəkildə seçkilərdə iştirakını milli qüdrətin təzahürü, milli təhlükəsizliyin təminatı və İranı hədəf alan düşmənlərin məyusluğu kimi xarakterizə etmişdir.